`Qarabağdakı rejimi heç bir dövlət tanımır` - Uorlik


15:59     08 Noyabr 2016 2015-05-06-09-43-08uorlik-640.jpg

"ABŞ, o cümlədən Ermənistan da daxil olmaqla, dünyada heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır".


Bunu APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağdakı qondarma rejimin “Konstitusiya”ya dəyişikliklər etməsinə, separatçı rejimin adını "Arsax Respublikası"na dəyişmək niyyətinə münasibət bildirərkən deyib.

“Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməməyi özündə əks etdirən Helsinki prinsipləri əsasında bütün tərəflər üçün danışıqlar yolu ilə həllə nail olmaq istiqamətində işləmək çox vacibdir”, - deyə diplomat bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağdakı qondarma rejim “Konstitusiya”larını dəyişmək barədə qərar qəbul edib. Onlar bununla bağlı ictimai müzakirələri noyabrın 20-də bitirmək niyyətindədirlər.

Daha sonra Bako Saakyan yeni "Konstitusiya layihəsini təsdiq edəcək. Yeni layihədə rejimin adının “Arsax Respublikasına” dəyişdirilməsi də nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 1460


Oxşar xəbərlər